TBİLİSİ, 9 iyul. TELEQRAF

Bu ilin birinci yarısında Gürcüstana 135 248 nəfər Azərbaycan vətəndaşı səfər edib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Turizm Adminstrasiyasının hesabatından məlum olur.

İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə səfərə yollananların sayı 35 776 nəfər və yaxud 36% artıb. Yanvar-iyunda Azərbaycan Gürcüstana ən çox səfər etmiş əcnəbilərin sayı baxımından V yerdə qərarlaşıb.

Azərbaycanla yanaşı ilk beşliyə Rusiya (581 099 nəfər), Türkiyə (533 614 nəfər), Ermənistan (390 788 nəfər) və İsrail (171 294 nəfər) daxil olub.

Hesabat dövründə Gürcüstan ümumilikdə 3,2 milyon beynəlxalq ziyarətçi qəbul edib ki, bu da illik müqayisədə 4,4% çoxdur. Turist səfərlərinin sayında isə tarixi maksimum (2,3 milyon ziyarət) qeydə alınıb.