BAKI, 12 fevral. TELEQRAF

Yanvarda Rusiyadan Azərbaycana gələnlərin sayında azalma baş verib.

Dövlət Turizm Agentliyindən Teleqraf-a verilən məlumata görə, 2024-cü illə müqayisədə Rusiyadan gələn turistlərin sayı 9, Türkiyədən 4, İrandan isə 7 faiz azalıb.

Şimal Şərqi Asiya üzrə 78 faiz, Cənubi Asiya üzrə 53 faiz, Afrika ölkələri üzrə isə 24 faiz artım qeydə alınıb.

Qeyd edək ki, ötən il Azərbaycana Rusiyadan 45,576 nəfər, Türkiyədən 32,869 nəfər, İrandan 16,157 nəfər, Şimal Şərqi Asiya ölkələrindən 1,677 nəfər, Cənubi Asiya ölkələrindən 15,240 nəfər, Afrika ölkələrindən isə 934 nəfər turist səfər edib.