BEYLƏQAN, 9 oktyabr. TELEQRAF
Beyləqanda 14 nəfər məktəbli zəhərlənmə diaqnozu ilə xəstəxanaya müraciət edib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Eyvazallar kənd Fəxrəddin Quliyev adına tam orta məktəbin 7A sinifində baş verib.
Məktəbin müəllimi Texnalogiya dərsi zamanı şagirdlərə "Hamburger" hazırlamağı öyrədirmiş. Hazırladıqdan sonra şagirdlər isti qəlyanaltını yeyiblər. Daha sonra məktəbin 14 nəfər şagirdinin halı pisləşib. Məktəblilər Beyləqan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb
Zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılan şagirdlər aşağıdakılardır:
1. Abbaslı Mehri Vəfalı (22.10.2014)
2. Abbaslı Zəhra Salman (25.04.2014)
3. Əsədzadə Sənan Tapdıq (31.12.2014)
4. Kamallı Pünhan Nəsimi (04.06.2014)
5. Qasımlı Sevgi Ənvər (13.04.2014)
6. Quliyev Ömər Elçin (06.06.2014)
7. Quliyev Rasim Fuad (23.03.2014)
8. Quluzadə Əsnat Səhər (06.07.2014)
9. Məmmədli Ayan Əmir (29.07.2014)
10. Mirzəzadə Əli Emin (07.02.2014)
11. Nasirova Eva Axmedovna (21.02.2013)
12. Nasirova Milana Axmedovna (21.02.2013)
13. Salmanlı Behbud Samir (01.05.2014)
14. Sarıyev Ömər Adət (18.05.2014)
Faktla bağlı araşdırma başlanıb.
**
14:57
Beyləqan rayonunda zəhərlənmə şübhəsi ilə 14 nəfər (7 qadın cinsli, 7 kişi cinsli) bu gün saat 12:00 radələrində Beyləqan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, onlara ilkin tibbi xidmət göstərilib. Hazırda müalicələri tibb müəssisəsində davam etdirilir. Vəziyyətləri stabil qiymətləndirilir.
***
14:44
Beyləqanda şagirdlər öz hazırladıqları qidadan zəhərləniblər.
Bu barədə Teleqraf-a Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib.
Bildirilib ki, agentlik rayonun Eyvazalılar kənd tam orta ümumtəhsil məktəbində şagirdlərin zəhərlənməsi faktını dərhal nəzarətə götürüb və araşdırmalara başlayıb.
"İlkin araşdırmaya əsasən, hadisə şagirdlərin “Texnologiya” dərsi zamanı özləri hazırladıqları qidanı istehlak etdikdən sonra baş verib. Şagirdlərə müvafiq tibb müəssisəsində yardım göstərilir.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.