NAXÇIVAN, 7 oktyabr. TELEQRAF

Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının iclası keçirilib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, xəbər verir ki, iclasda şura sədrinin vəzifədən azad olunması məsələsinə baxılıb.

Şuranın qərarı ilə Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev tutduğu vəzifədən azad edilib.

Qurumun sədri vəzifələrinin icrası yeni təyinatadək sədr müavini Xatirə İbrahimliyə həvalə olunub.