BAKI, 29 avqust. TELEQRAF

Konqo Demokratik Respublikasında (KDR) sürətlə yayılan dəhşətli Ebola epidemiyası nəticəsində indiyədək 5 min 794 yoluxma və 2 bin 786 ölüm faktı rəsmən qeydə alınıb.

Teleqraf bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi hesabatına istinadla xəbər verir.

Təşkilatın son məlumatına görə, virus artıq ölkənin 6 vilayətinə və 60 tibb bölgəsinə yayılıb.

ÜST mütəxəssisləri yoluxanların 48,1%-nin həyatını itirdiyini bildirərək, bu dəhşətli statistikanın xəstəliyin ciddiliyini bir daha ortaya qoyduğunu vurğulayıblar.

Qeyd olunub ki, coğrafi yayılma son 3 ayda kəskin şəkildə sürətlənib və virus beynəlxalq əhəmiyyətli fövqəladə xalq sağlığı təhlükəsi olaraq qalmaqdadır. Səhiyyə rəsmilərinin ən böyük narahatlığı isə may ayından bəri tüğyan edən "Bundibugyo" variantına qarşı hələ də heç bir təsdiqlənmiş peyvəndin və ya xüsusi müalicə üsulunun olmamasıdır.