BAKI, 19 iyun. TELEQRAF

Ermənistanın iqtisadi inkişafı region ölkələrinin ekosistemini məhv etmək hesabına həyata keçirilməməlidir.

Teleqraf xəbər verir ki, bunu “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi, “Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva "Environmental Protection First” Koalisiyasının Ermənistanda “Liderlər təbiət naminə” devizi altında keçiriləcək Liderlər Sammiti və COP17 iştirakçılarına müraciət etmək üçün təşkil edilən brifinqdə deyib.

O bildirib ki, Ermənistan həm işğaldan azad olunan, həm də Azərbaycanla sərhəddə yerləşən ərazilərdə dağ-mədən sənayesi işlərini diqqətdə saxlamalıdır.

"Transsərhəd çayların çirkləndirilməsi ilə bağlı müzakirələrin aparılması da yaxşı olar", - o vurğulayıb.