BAKI, 18 iyun. TELEQRAF
Beynəlxalq təşkilatların texnoloji yeniliklərə və elmi inqilablara zamanında çevik reaksiya verməməsi çox acı nəticələrə səbəb ola bilər.
Teleqraf xəbər verir ki, bunu gənclər və idman nazirinin müavini İndira Hacıyeva "Uşaqların zərərli informasiyadan qorunması və rəqəmsal mühitin təhlükəsizliyinin təmin edilməsi" mövzusunda ictimai dinləmədə deyib.
O bildirib ki, süni intellektin yaratdığı imkanlar texnoloji inqilabdır.
"Onları tənzimləyən qərarlar verilməlidir, bu da dövlət qurumları səviyyəsində olmalıdır. Çünki cəmiyyət səviyyəsində həllər təklif etmək çox çətindir. 10 il əvvəl gələcəyi bu qədər aydın görə bilmirdik, amma indi sabahı proqnozlaşdırmaq mümkündür", - o vurğulayıb.