BAKI, 10 iyun. TELEQRAF
Ağdamda 15 yaşlı şagirdin Bərdə sakininə qoşulub qaçması ilə bağlı günün birinci yarısında Ağdam Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşları tərəfindən ailəyə səfər həyata keçirilib.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq komitədən məlumat verilib.
Bildirilib ki, yetkinlik yaşına çatmayan qız anasının yanındadır.
"Hazırda hüquq mühafizə orqanlarında faktla bağlı araşdırma gedir", - məlumatda vurğulanıb.