BAKI, 1 iyun. TELEQRAF

Ötən il Azərbaycanda 41 erkən evliliyin qarşısı alınıb.

Teleqraf xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Mənim səsim – mənim hüquqlarım” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, son bir il ərzində komitə tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində 704 təlim, seminar, konfrans və görüş keçirilib, 10 sosial layihə icra olunub. Uşaq hüquqlarının qorunması yalnız dövlət qurumlarının deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir”.