BAKI, 8 may. TELEQRAF
2026-cı ilin yanvar-aprel ayları ərzində pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 3,49 milyard manatdan çox manat vəsait ödənilib.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, bu vəsait ötən ilin müvafiq dövrünə nisbətən 340,1 milyon manat və ya 10,79% çox olub.