BAKI, 10 iyul. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Məlumata görə, iclasda yeni informasiya texnologiyalarının yaradılması və tətbiqi ilə bağlı Rusiyanın informasiya təhlükəsizliyinə qarşı yaranan təhdidlər müzakirə olunub.