BAKI, 21 aprel. TELEQRAF

Cari ilin mart ayı ərzində əlilliyə görə 249 251 nəfər şəxs pensiya, 226 266 nəfər şəxs aylıq müavinət alıb.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.

Bildirilib ki, 92 947 nəfər şəxs isə Prezident təqaüdü alıb.