BAKI, 20 aprel. TELEQRAF
Azərbaycanda pensiyaların aprelin 21-də tam ödənilməsi nəzərdə tutulub.
Teleqraf bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) istinadən xəbər verir.
Bildirilib ki, həmin gün güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyaları ödəniləcək.