BAKI, 10 aprel. TELEQRAF

Dövlət İmtahan Mərkəzinin (DİM) nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən dəfələrlə sertifikatlaşdırılması onun əməliyyatlarının ciddiliyindən və keyfiyyət təminatının yüksək olmasından xəbər verir.

Teleqraf xəbər verir ki, bu sözləri Misir Prezident Şurasının Təhsil Komitəsinin sədri Hanan Xalifa DİM-in yaradılmasının 10 illik yubileyi münasibətilə Bakıda keçirilən "Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya" mövzusunda beynəlxalq elmi-praktik konfransdakı çıxışı zamanı deyib.

O bildirib ki, bu, etibarlı qiymətləndirmə modelidir və nümunə götürülə biləcək bir təcrübədir:

“Konfransın “Qiymətləndirmə sistemləri: etimad, şəffaflıq və innovasiya” mövzusu bu baxımdan çox uyğundur. Çünki bu anlayışlar DİM üçün sadəcə hədəf deyil, artıq qurulmuş bir reallıqdır”.