BAKI, 7 aprel. TELEQRAF

Xəbər verdiyimiz kimi, bu gün gecə saatlarında Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Gəray Əsədov küçəsində fərdi yaşayış evində çökmə baş verib.

Teleqraf-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, dərhal hadisə yerində FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunub və dağıntılar altında qalan 1996-ci il təvəllüdlü
Hüseynova Günel Etibar qızı xilas edilib.

Hadisəyə səbəb isə yamacın çökərək evin üzərinə aşması olub. Bu zaman həmin otaqda yatılı vəziyyətdə olan G.Hüseynova dərhal üzərində olan iki yorğanı üstünə çəkib. Bu isə onun ciddi xəsarət almadan hadisədən qurtulmasına kömək olub.

FHN əməkdaşları zərərçəkəni dağıntılar altından çıxarmaq üçün iki saat xiıasetmə əməliyyat aparmalı olub. G.Hüseynovanın vəziyyətinin stabil olduğu bildirilir.