BAKI, 7 aprel. TELEQRAF

Vyetnam Milli Assambleyası (parlament) ölkənin yeni baş nazirini seçib.

Teleqraf xarici mətbuata istinadən xəbər verir ki, bu vəzifəyə Vyetnam Kommunist Partiyası (VKP) Mərkəzi Komitəsinin Təşkilat şöbəsinin müdiri Le Min Hunq gətirilib.

Le Min Hunqun namizədliyi deputatların 99%-dən çoxu tərəfindən dəstəklənib. O, 2026-2031-ci illər dövründə hökumətə rəhbərlik edəcək.

Qeyd edək ki, 55 yaşlı Le Min Hunq 2024-cü ilin may ayından VKP MK-nın Təşkilat şöbəsinə rəhbərlik edib. O, daha əvvəl partiya Mərkəzi Komitəsinin dəftərxana müdiri və Vyetnam Dövlət Bankının sədri vəzifələrində çalışıb.