BAKI, 7 aprel. TELEQRAF
Ermənistan Baş naziri Nikol Paşinyan rusiyalı milyarder və müxalif “Güclü Ermənistan” partiyasının baş nazirliyə namizədi Samvel Karapetyana müraciət edib.
Teleqraf xəbər verir ki, o, milyarderi xalq qarşısında açıq çıxış etməyə çağırıb.
“Böyük hərf, kiçik hərf. Təklif “güclü”lərədir. “Güclü oğlan”, internetin də var, telefonun da. Canlı yayıma çıx, xalqına bir-iki söz de. Ya da iki sözü üst-üstə deyə bilmirsənsə, paylaşdığın mətni götür, hərfbəhərf üzündən oxu. Əgər oxuya bilsən, qəbul edəcəyəm ki, sən “güclü oğlan”san”, - Paşinyan sosial mediada qeyd edib.
Xatırladaq ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçiriləcək.