BAKI, 26 fevral. TELEQRAF
Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı "Ana fəryadı" abidəsini minlərlə insan ziyarət edir.
Teleqraf xəbər verir ki, Azərbaycan xalqı bu qanlı tarixi heç vaxt unutmur və şəhidlər xatirəsini əziz tutur.
Hazırda "Ana fəryadı" abidəsini yaşından asılı olmayaraq minlərlə insan ziyarət edir və abidənin önünə gül dəstələri qoyurlar.