BAKI, 26 fevral. TELEQRAF

Səhiyyə sektorunda mərhələli şəkildə islahatlar aparılır.

Teleqraf xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında TƏBİB-in Səhiyyə Nazirliyinə birləşdiriləcəyi ilə bağlı iddialara münasibət bildirərkən deyib.

T.Musayev qeyd edib ki, bu məsələyə TƏBİB-in Müşahidə Şurasının sədri daha ətraflı və dəqiq cavab verə bilər.