BAKI, 26 yanvar. TELEQRAF

2025-ci ildə 54,5 min şəxsə əlillik təyin edilib.

Teleqraf xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev mətbuat konfransında deyib.

Sədr vurğulayıb ki, 25,3 min nəfərə ilkin, 29,2 min nəfərə isə təkrar əlillik təyin olunub.