BAKI, 23 yanvar. TELEQRAF

Ümumilikdə 5199 odlu silah, o cümlədən işğaldan azad edilmiş ərazilərdən 1079 döyüş silahı, 2.183 mərmi və 220 mindən çox patron aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində 2025-ci ildə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasıda bildirilib.

Qanunsuz odlu silah saxlama və daşıma ilə bağlı 502 fakt müəyyən edilib, həmin cinayətlərə görə 153 nəfər tutulub.