BAKI, 13 iyul. TELEQRAF
Biz hər zaman İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olmuşuq və bu istiqamətdə Azərbaycanda çoxsaylı tədbirlər keçirilib, bizim çoxsaylı təşəbbüslərimiz də əlbəttə ki, həmrəyliyin, birgə anlaşmanın gücləndirilməsinə yönəldilib.
Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bildirib.
Dövlət başçısı qeyd edib: “Təəssüf ki, bu gün biz o qədər də böyük həmrəylik (İslam həmrəyliyi - red) görmürük. Gərginlik artmaqdadır, qarşılıqlı ittihamlar səslənir”.