BAKI, 13 iyul. TELEQRAF
Biz dünyanın müxtəlif yerlərində müharibələrin şahidi oluruq. Bu, təkcə Körfəzdə və Yaxın Şərqdə deyil, digər yerlərdə də baş verir. Bu da bizi məyus edir.
Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bildirib.
“İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində olan həmrəylik sabitliyin, təhlükəsizliyin əsas amilidir. Yəni, qarşılıqlı anlaşma nə qədər zəifləsə, vəziyyət o qədər də pisləşəcək”, - dövlətimizin başçısı vurğulayıb.