BAKI, 13 iyul. TELEQRAF

Biz əvvəlki illərdə heç ağlımıza gələ bilməyən bazarlara qaz nəql edirik, məsələn, Suriyaya. Suriyadan qonşu ölkələrə də keçə bilərik. Orada da qaza böyük tələbat var.

Teleqraf xəbər verir ki, bunu Prezident İlham Əliyev "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində bildirib.

Dövlət başçısı qeyd edib: “Yəni avropalı tərəfdaşlarla təmaslarımızda biz bu mesajı çatdırırıq ki, bizim uzunmüddətli müqavilələrə ehtiyacımız var, birgə səy göstərərək qaz nəqli sisteminin genişləndirməsi ehtiyacı var”.