BAKI, 13 iyul. TELEQRAF

“Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumu öz işinə başlayıb.

Teleqraf-ın Şuşaya ezam olunmuş müxbiri xəbər verir ki, forum 2 gün davam edəcək.

Forumda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxs iştirak edir. 30-a yaxın beynəlxalq informasiya agentliyi və 60-dan çox aparıcı media qurumu təmsil olunur. Həmçinin 10-a yaxın beynəlxalq təşkilat və şirkətin nümayəndələri də tədbirə qatılıblar.