BAKI, 19 yanvar. TELEQRAF

2025-ci ildə vəkillərin ümumi sayı artaraq 2 836 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının illik hesabatında qeyd olunub.

Məlumata görə, hazırda fəaliyyət göstərən 2 836 vəkildən 2 203 nəfəri (77,68%) kişi, 633 nəfəri (22,32%) qadındır. Onlardan 2 314 nəfəri (81,59%) Bakıda, 522 nəfəri (18,41%) isə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir. Bu göstəricilər vəkillik institutunun inkişaf dinamikasının davamlı xarakter daşıdığını təsdiqləyir.

Kollegiyada 400-dən artıq vəkil köməkçiləri fəaliyyət göstərir.

Onu da qeyd edək ki, 2018-2025-ci illər ərzində VK üzvlüyünə qəbul olunan 2 156 şəxs müxtəlif dövlət və özəl qurumlarda fəaliyyət göstərib.