BAKI, 15 yanvar. TELEQRAF
“Bu il aparılacaq hüquqi islahatlarda pensiya yaşının dəyişdirilməsi müzakirə mövzusu deyil”.
Teleqraf xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Azərbaycanda pensiya yaşının azaldılması ilə bağlı xəbərlər mətbuatda yayılır, həmin informasiyalarla tanışıq, lakin builki islahatlar çərçivəsində pensiya yaşının dəyişdirilməsi məsələsi yoxdur", - Z.Mirzəyev deyib.