BAKI, 25 dekabr. TELEQRAF

Cinayətkarlıq və hüquqpozmalara dair rəsmi statistik məlumatların istehsalı sistemi təkmilləşdiriləcək.

Teleqraf xəbər verir ki bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənmiş "Rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, statistik müayinə 2026-2028-ci illəri əhatə edəcək. İşin əsas icraçısı Daxili İşlər Nazirliyi prosesi Ədliyyə Nazirliyi, Dövlət Statistika Komitəsi və Maliyyə Nazirliyi ilə birgə aparacaq.

Məqsəd cinayətkarlıq və hüquqpozmalar üzrə rəsmi statistika hesabatlarının sayının optimallaşdırılması və statistik yükün azaldılmasıdır.