BAKI, 24 noyabr. TELEQRAF

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 25 noyabrda Səudiyyə Ərəbistanına səfərə yola düşür.

Bu barədə Teleqraf-a QMİ-nin Mətbuat Xidmətindən məlumat verilib.

Şeyxülislam A.Paşazadə İslam Aləmi Liqasının Baş katibi, Dünya Üləmalar Heyətinin sədri Məhəmməd bin Əbdülkərim Əl-İsanın dəvəti ilə 26 noyabrda İslam Aləmi Liqasının Elektron Platformasının təqdimat və müzakirəsi tədbirində iştirak edəcək.

İslam Aləmi Liqası dünyadakı missiyasına sadiq qalaraq, rəqəmsal dövrün gətirdiyi yeniliklər, çətinliklər və imkanlarla uyğunlaşaraq öz qlobal platformasını istifadəyə verməyi və bu platforma vasitəsilə uzun müddətdir həllini gözləyən rəqəmsal problemlərin aradan qaldırılmasına töhfə verməyi hədəfləyir.

Mərasimdə İslam dünyasının müftiləri, alimləri, fiqh və şəriət elmi qurumlarının nümayəndələri iştirak edəcəklər.