BAKI, 1 aprel. TELEQRAF

Cari ilin ilk 3 ayında 11 cərrah barəsində tənbeh tədbiri görülüb.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.

Bildirilib ki, tənbeh tədbiri görülənlərdən 6-sı ümumi cərrah, 3-ü plastik cərrah, 1-i uşaq cərrahı, 1-i cərrah-stomatoloqdur.

Qeyd edilib ki, yoxlamalar zamanı cərrahların lisenziyadan kənar və sertifikasiya şəhadətnaməsi olmadan fəaliyyət göstərmələri barədə aşkarlanan nöqsanlara əsasən protokollar tərtib olunub və aidiyyəti üzrə göndərilib.