BAKI, 14 noyabr. TELEQRAF
Fövqəladə Hallar Nazirliyi Bakı şəhərinin Xətai rayonu, Yusif Səfərov küçəsində yerləşən Mərkəzi Neftçilər Xəstəxanasında 14 noyabr 2025-ci il, saat 14:00 radələrində taktiki təlim keçirəcək.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Təlimə FHN-in xüsusi təyinatlı texnikası və şəxsi heyətinin cəlb olunması nəzərdə tutulur.