BAKI, 1 aprel. TELEQRAF

20-30 mart tarixlərində Bakıda təcili tibbi yardım xidmətinə 22 922 çağırış daxil olub.

Teleqraf xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, çağırışlardan 2 107 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

"59 region üzrə isə bayram günlərində təcili tibbi yardım xidmətinə 24 129 çağırış daxil olub. 2 059 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib.

Bakı şəhəri üzrə ən çox müraciət martın 21-ində qeydə alınıb.

Belə ki, müraciət sayı 2 255, hospitalizasiya olunanların sayı 243 nəfər təşkil edib.

Çağırış səbəbləri, əsasən, arterial təzyiqin yüksəlməsi, müxtəlif növ travmalar, dispeptik əlamətlər, kardioloji, respirator və digər xəstəliklərlə bağlı olub", - məlumatda qeyd olunub.