MİNGƏÇEVİR, 22 oktyabr. TELEQRAF

Mingəçevirdə 2013-cü il təvəllüdlü Bayramov Rza Əziz oğlu 7 saylı orta məktəbdə xəsarət alıb.

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, şagirdin sol əl barmağı ehtiyatsızlıq nəticəsində əyləşdiyi stulun şrupuna ilişib.

Şagird stulla birgə təcili xəstəxanaya çatdırılıb. Həkimlərin müdaxiləsi nəticəsində yeniyetmənin vəziyyəti stabilləşib.