BAKI, 7 oktyabr. TELEQRAF

Şəmkir rayonunun Yuxarı Seyfəli kənd sakini, 2008-ci il təvəllüdlü Rəsul Qəribovun Çinarlı qəsəbəsi ərazisində parkdakı yarımçıq tikilidə meyiti aşkar edilib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 11-ci sinif şagirdinin meyitini onun sinif yoldaşları tapıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma başlanılıb.