BAKI, 16 sentyabr. TELEQRAF
Xalq artisti Hacı Murad Yagizarov II Fəxri Xiyabanda dəfn olunub.
Teleqraf xəbər verir ki, Xalq artistinin dəfn mərasimində Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev, Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət xadimləri, yaxınları və ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, Xalq artisti Almaniyada müalicə aldığı xəstəxanada uzun sürən xəstəlikdən vəfat edib. Onun nəşi bu gün səhər saatlarında Azərbaycana gətirilib.
***
13:34
Xalq artisti Hacı Murad Yagizarovla Təzəpir Məscidində vida mərasimi başa çatıb.
Teleqraf xəbər verir ki, Xalq artistinin vida mərasimində Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyev, Rusiyanın TASS agentliyinin sabiq direktor müavini Mixail Qusman, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Mədəniyyət Nazirliyinin nümayəndələri, incəsənət nümayəndələri, mərhumun sənət dostları, yaxınları və ailə üzvləri iştirak ediblər.
Qeyd edək ki, Hacı Murad Yagizarov II Fəxri Xiyabanda dəfn olunacaq.
***
12:17
Xalq artisti Hacı Murad Yagizarovla Təzəpir Məscidində vida mərasimi keçirilir.
Teleqraf xəbər verir ki, vida mərasimində Akademik Rus Dram Teatrının direktoru Ədalət Hacıyevlə yanaşı bir çox incəsənət nümayəndələri, mərhumun sənət dostları, yaxınları və ailə üzvləri iştirak edirlər.
Qeyd edək ki, Xalq artistinin nəşi bu gün səhər saatlarında Almaniyadan Azərbaycana gətirilib. O, uzun sürən xəstəlikdən vəfat edib.
Hacı Murad Yagizarov II Fəxri Xiyabanda torpağa tapşırılacaq.