BAKI, 27 iyul. TELEQRAF
“Tərəqqi” Sosial İnkişaf İctimai Birliyinin sədri Telman Dadaşov 73 yaşında vəfat edib.
Bu barədə Teleqraf-a onun yaxınları məlumat verib.
T.Dadaşov xərçəng xəstəliyindən dünyasını dəyişib.
Mərhum sabah Ağdam rayonunun Qərvənd kənd qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, T.Dadaşov 1952-ci ildə anadan olub.