BAKI. 17 iyun. TELEQRAF

Şəmkir rayonunun Kür qəsəbə sakini, 2008-ci il təvəllüdlü Vasif Əlizadə yaşadığı 5 mərtəbəli binanın 5-ci mərtəbəsindən ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Şəmkir rayon Mərkəzi Xəstəxanasına çatdırılan 17 yaşlı yeniyetməyə tibbi yardım göstərilib.

Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.