BAKI, 6 iyun. TELEQRAF
Tovuz rayonunda ümumi sahəsi 88 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.
Teleqraf xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Evə bitişik köməkçi tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
***
16:16
TOVUZ, 6 iyun. TELEQRAF
Tovuzda qətl hadisəsində ölən və xəsarət alan şəxslərin kimliyi bilinib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, 1994-cü il təvəllüdlü Kainat Namazov 1970-ci il təvəllüdlü anası Sevinc Həsənovanı qətlə yetirib, bacısı Aliyə Namazovaya isə balta ilə xəsarət yetirib.
Daha sonra evi yandırıb.
Hadisə yerinə gələn yanğınsöndürənlər alovu söndürüblər.
İlkin məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən K.Namazov ruhi xəstədir.
***
16:03
Tovuzda bir nəfərin ölümü və daha bir nəfərin yaralanması ilə nəticələnən qətl hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşkarı cəlb olunub.
Hadisənin təfərrüatları dəqiqləşdirilir.