BAKI, 8 aprel. TELEQRAF

Sabah meteohəssas insanlarda narahatlıq hissi yarana bilər.

Teleqraf xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Abşeron yarımadasında atmosfer təzyiqinin güclənməsi fonunda xəzri küləyinin arabir güclənəcəyi gözlənilir.

Bu da meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.