BAKI, 22 aprel. TELEQRAF
Bakı şəhəri, Binəqədi rayonu M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən 90 saylı körpələr evi-uşaq bağçasının həyətində məskən salmış sahibsiz itləri IDEA İctimai Birliyi ərazidən toplayıb.
Bu barədə Teleqraf-a valideynlər məlumat verib.
Bildirilib ki, bu yaxınlarda saytımızda "Bakıda sahibsiz itlər uşaq bağçasının həyətində məskən salıb" başlıqlı yazıda məsələnin işıqlandırılması nəticəsində İdeya İctimai Birliyi bağçanın həyətində olan səkkiz iti himayəsinə götürüb.
Qeyd edək ki, aprelin 11-də həmin körpələr evi-uşaq bağçasının həyətində sahibsiz itlərin məskən saldığı və valideynlərin qurumlara müraciətlərinə baxmayaraq heç bir tədbir görülmədiyi ilə bağlı redaksiyamıza şikayət daxil olmuşdu.