BAKI, 22 aprel. TELEQRAF

Moldova hakimiyyəti mayın 9-da mərkəzi meydanda Qələbə günü əvəzinə Avropa gününün qeyd edilməsinə qərar verib.

Teleqraf xəbər verir ki, bu barədə Moldovanın “Qələbə” Milli Koordinasiya Komitəsinin rəhbəri Aleksey Petroviç öz "Telegram" kanalında məlumat verib.

"Hökümət sürprizini elan etdi. Dövlət kanslerliyinin nümayəndəsi bəyan etdi ki, mayın 9-da ölkənin baş meydanında Avropa günü qeyd olunacaq, heç bir Qələbə günündən söhbət gedə bilməz”, - o yazıb.

Petroviç qeyd edib ki, mayın 9-da Moldova paytaxtının meydanındakı tədbirə Prezident Maya Sandu və Aİ-nin 21 ölkəsinin səfirliyinin nümayəndələri də qatılacaq.