BAKI, 22 aprel. TELEQRAF

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas aprelin 25-də Azərbaycana səfər edəcək.

Bu barədə Teleqraf-a Aİ-nin Azərbaycandakı nümayəndəliyindən məlumat verilib. Bildirilir ki, səfər çərçivəsində Kaya Kallas bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

Qeyd edək ki, 2024-cü il dekabrın 1-də Estoniyanın keçmiş Baş naziri Kaya Kallas Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi vəzifəsində fəaliyyətə başlayıb. O, bu vəzifədə Jozep Borreli əvəz edib.