BAKI, 22 aprel. TELEQRAF

Aprelin 19-da Londondan Mərakeşə uçan "EasyJet" aviaşirkətinə məxsus "Airbus A320" təyyarəsində maraqlı hadisə baş verib.

Teleqraf “The Sun” qəzetinə istinadala xəbər verir ki, uçuş zamanı sərnişinlərdən biri qəfil halüsinasiyalar görməyə başlayıb və salonda ilanların süründüyünü iddia edərək, təlaş yaradıb.

Hadisə zamanı ekipaj və digər sərnişinlər arasında qısa müddətli narahatlıq yaşansa da, vəziyyət nəzarət altına alınıb.

Təyyarə planlaşdırıldığı kimi uçuşunu davam etdirib. Halüsinasiyaya səbəb olan amillərlə bağlı araşdırma aparıldığı bildirilir.