BAKI, 22 aprel. TELEQRAF

Bu gün saat 07:30 radələrində 5 nəfər (4 qadın, 1 kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, funksional mədə-bağırsaq pozğunluğu diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.

***

08:48

GƏNCƏ, 22 aprel. TELEQRAF

Gəncə şəhərində bir ailənin beş üzvü xiyardan zəhərlənib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, şəhər sakini 1992-ci il təvəllüdü Elvin Namazov, həyat yoldaşı 1994-cü il təvəllüdlü Şəkər Ramazanova, övladları 10 yaşlı Rəbiyə Ramazanlı, 9 yaşlı Rüqayyə Ramazanlı və 3 yaşlı Zeynəb Ramazanlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta-ağırdır.

İlkin məlumata görə, həmin şəxslər bazardan alınmış xiyardan zəhərləniblər.