BAKI, 22 aprel. TELEQRAF
Qarabağ Universiteti “Hüquqşünaslıq”, “Psixologiya”, “Tarix” və “Beynəlxalq münasibətlər” ixtisasları üzrə müəllim vakansiyaları elan edir.
Bu barədə Teleqraf-a universitetdən məlumat verilib.
"Tələblərə cavab verən namizədlər məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın birinin və ya bir neçəsinin adını (nümunə: Cinayət-Prosessual Hüquq istiqaməti üzrə müəllim) qeyd edərək [email protected] elektron poçt ünvanına göndərə bilərlər", - məlumatda qeyd olunub.
