BAKI, 22 aprel. TELEQRAF
ABŞ aprelin 23-də Avropa İttifaqı və Ukrayna nümayəndələrinə Krımın Rusiya Federasiyasının bir hissəsi kimi rəsmən tanımağı təklif edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə "Washington Post" qəzeti mənbələrə istinadən məlumat yayıb.
“Çərşənbə günü Londonda keçiriləcək görüşdə ABŞ Rusiyanın Krımı ilhaqını tanımaq təklifi ilə çıxış edə bilər ”, - nəşr bildirib.
Bundan əlavə, Vaşinqtonun tərəfdaşlarından nizamlanma çərçivəsində cəbhə xətti boyunca münaqişənin dayandırılmasına razılıq vermələrini tələb edəcəyi gözlənilir.
Aprelin 23-də Ukrayna, Böyük Britaniya , Fransa və ABŞ nümayəndələri Ukrayna münaqişəsinə mümkün son qoyulmasını müzakirə etmək üçün Londonda görüşəcəklər .