BAKI, 22 aprel. TELEQRAF

Bakıda fəaliyyət göstərən bəzi “Al Market” filialları bağlanır.

Teleqraf-ın əldə etdiyi məlumata görə, bu qərarın əsas səbəbi bir ərazidə bir neçə eyniadlı marketin fəaliyyət göstərməsi və onların arasında satış rəqabətinin qeyri-effektivliyidir.

Bildirilir ki, bir-birinə yaxın yerləşən “Al Market”lərdən yalnız ən yüksək satış göstəricisinə malik olan filial fəaliyyətini davam etdirəcək. Digərlərinin bağlanması isə onların gündəlik dövriyyəsinin borc və xərc öhdəliklərini qarşılamaqda çətinlik çəkməsi ilə əlaqələndirilir. Məlumata əsasən, bağlanmayacaq filialın gündəlik satış həcmi təxminən 1800–2000 manat civarında müəyyənləşdirilib.

Şirkət rəhbərliyi optimallaşdırma tədbirləri çərçivəsində ziyanla işləyən filialların fəaliyyətinə son verərək, daha effektiv satış nöqtələrinə üstünlük vermək qərarındadır.