
BAKI, 19 mart. TELEQRAF
Türkiyədə "X", "Instagram" və "YouTube" platformalarına girişdə səhər saatlarından etibarən çətinliklər müşahidə olunur.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV-lər "NetBlocks" internet monitorinq qrupuna istinadən məlumat yayıb.
İstifadəçilər ana səhifənin yenilənməməsi və bağlantı problemləri ilə üzləşdiklərini bildirirlər. Məhdudiyyətlərin internet sürətinin süni şəkildə azaldılması ilə bağlı olduğu ehtimal edilir.
"NetBlocks" təşkilatı sözügedən platformalara girişin İstanbul meri Əkrəm İmamoğlu və daha 100 nəfərin saxlanılma qərarından sonra məhdudlaşdırıldığını təsdiqləyib.
Hazırda rəsmi açıqlama verilməsə də, sosial şəbəkələrdə yaşanan problemlərin nə qədər davam edəcəyi bəlli deyil.