BAKI, 7 mart. TELEQRAF
2025-ci ilin yanvar-fevral ayları ərzində 8 375 nəfərə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Teleqraf xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb.
Bildirilib ki, onların 54,91%-ni kişilər, 45,09%-ni isə qadınlar təşkil edib.