Prezident İlham Əliyev Dominikan Respublikasının Prezidenti Danilo Medinaya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Dominikan Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza əmin-amanlıq və firavanlıq diləyirəm".